Əsrin Dilində Dövr Operatoru
Əsrin Proqramlaşdırma Dilində verilmiş kodu təkrar icra etmək üçün dövr operatorundan istifadə olunur. Əsrin dilində
4 cür dövr operatoru təyin olunub.
Misal üçün aşağıdakı kod icra olunsa ekranda 10 dəfə Salam dunya sətri çap olunar:
say (10) xaricet("Salam dunya \y");Aşağıdakı kimi:
Salam dunya Salam dunya Salam dunya Salam dunya Salam dunya Salam dunya Salam dunya Salam dunya Salam dunya Salam dunya
tam k; say (k 10) xaricet("k = ", k , " ");Bu nümunədə yenə dövrlərin sayını 10 göstəririk, lakin qeyd edirik ki , k sayğac dəyişənidir və hər dəfə dövr daxilində k-nın qiymətini çap etməklə onun necə dəyişdiyini görürük.
k = 1 k = 2 k = 3 k = 4 k = 5 k = 6 k = 7 k = 8 k = 9 k = 10Baxdığımız halda sayğac dəyişəni 1-dən dövr daxilində göstərdiyimiz qiymətə (10) kimi dəyişir. Lakin biz sayğacın başlanğıc və son qiymətlərini özümüz də verə bilərik. Bunun üçün müvafiq say operatorundan istifadə edərik.
tam k; say(k 5 12) xaricet("k = ", k, " ");nəticə:
k = 5 k = 6 k = 7 k = 8 k = 9 k = 10 k = 11 k = 12Burada sayğacın başlanğıc qiyməti son qiymətindən böyük olarsa onda sayğac yuxarıdan aşağı azalacaq, nümunədəki kimi:
tam k; say(k 12 5) xaricet("k = ", k, " ");nəticə:
k = 12 k = 11 k = 10 k = 9 k = 8 k = 7 k = 6 k = 5
tam x,y,k; xaricet("Birinci ededi daxil edin \y"); daxilet(x); xaricet("Ikinci ededi daxil edin \y"); daxilet(y); xaricet(x, " ile ", y, " arasinda 3 -e bolunen ededler:\y\y"); say (k x y) eger (k%3 == 0) xaricet(k, " ");Nəticə:
Birinci ededi daxil edin 12 Ikinci ededi daxil edin 45 12 ile 45 arasinda 3 -e bolunen ededler: 12 15 18 21 24 27 30 33 36 39 42 45
tam eded, cem; cem = 0; eded = 0; xaricet("Muxtelif ededler daxil edin. \y"); xaricet("Son ucun -1 daxil edin. \y"); neqederki( eded != -1){ cem = cem + eded; daxilet(eded); } xaricet("Sizin daxil etdiyiniz ededlerin cemi = ", cem, "\y");Nəticə:
Muxtelif ededler daxil edin. Son ucun -1 daxil edin. 1 2 3 4 -1 Sizin daxil etdiyiniz ededlerin cemi = 10