Əsrin Dilinin Standart Tipləri

Əsrin Proqramlaşdırma Dilində standart və proqramçının tərtib etdiyi tiplərdən(sinif) dəyişənlər elan etmək olar. Hal-hazırki buraxılışda (0.2) 3 standart tip təyin olunub:

Tam tip - tam

Kəsr tipi - kesr

Simvol tipi - simvol

Bu tiplərdən hər-hansı dəyişən elan etmək üçün əvvəlcə tipi, daha sonra isə elan etmək istədiyimiz dəyişənin adını yazırıq. Bir neçə dəyişəni vergüllə ayıraraq eyni elan sətrində yerləşdirə bilərik.

tam   x, y ;
kesr   q, h ;
simvol   s, r ;

Dəyişənləri proqramın istənilən yerində elan etmək olar.

simvol x;

 x = 'A';
 xaricet("x = ", x, "\y");

 tam k;
 
 say(k 10)
 xaricet(k, ' ');

Mənimsətmə operatoru

Dəyişən elan etdikdən sonra ona qiymət mənimsədə bilərik. Bunun üçün mənimsətmə = operatorundan istifadə olunur. Aşağıdakı kodda tam tipdən x dəyişəni elan olunur, ona 24 qiyməti mənimsədilir və x dəyişəninin qiyməti çap olunur.
tam x;
x = 24;
xaricet("x = ", x , "\y");
Nəticə:
x = 24

İnkrement, Dekrement

İnkrement və dekrement operatorları yalnız ifadə xaricində, yəni ayrı şəkildə dəstəklənir və işarələrin əvvəl və ya sonra qoyulmasının fərqi yoxdur.
int x;
x = 12;

x++;
xaicet("x = ", x, "\y");
++x;
xaicet("x = ", x, "\y");

x--;
xaicet("x = ", x, "\y");
--x;
xaicet("x = ", x, "\y");
Nəticə:
x = 13
x = 14
x = 13
x = 12

Daxilet operatoru

Əsrin Proqramlaşdırma Dilində istifadəçinin klaviaturadan daxil etdiyi qiymətləri dəyişənlərə mənimsətmək üçün daxilet operatorundan istifadə olunur. daxilet operatorunun sintaksisi aşağıdakı kimidir:

daxilet ( deyishenler );

Nümunə:

tam  x;

xaricet("Her-hansi eded daxil edin. \y");
daxilet(x);
xaricetet("siz daxil etdiniz ", x, "\y");

Netice

Her-hansi eded daxil edin.
87
siz daxil etdiniz 87

Iki ədədin cəmi proqramı aşağıdakı kimi olar:

tam x,y;
   
xaricet("İki eded daxil edin. \y");
daxilet(x, y);
xaricet(x, " ile ", y," -in cemi = ", x + y, "\y");

Netice

İki eded daxil edin.
34 67
34 ile 67 -in cemi = 101