Əsrin Proqramlaşdırma Mühiti - Necə proqram quraq
Əsrin və ya istənilən digər dildə proqram yazmaq üçün ilk öncə həmin dilin müvafiq proqramlaşdırma mühitini
kompüterinizə yükləməyiniz tələb olunur. Əsrin dilinin proqramlaşdırma mühitini aşağıdakı keçiddən yükləyib kompüterinizə
quraşdıra bilərsiniz.
Yüklə Əsrin Proqramlaşdırma Mühiti 1.3
Proqramlaşdırma mühitini quraşdırdıqdan sonra ilk proqramı tərtib etmək üçün proqramlaşdırma mühitinin mətn redaktoru pəncərəsinə
əsrin dilində istənilən proqram kodunu yaza bilərik.
Misal üçün sadə bir proqram aşağıdakı kimi olar:
xaricet("ilk proqram");
ilk proqramProqramı icra etmək üçün əvvəlcə Proqram menyusundan Kompilyasiya Et əmrini seçirik. Bunun üçün F7 qısa düyməsindən və ya standart düymələrdən də istifadə edə bilərik.