Əsrin Proqramlaşdırma Dili


Yüklə Əsrin Proqramlaşdırma Mühiti 1.3
08.09.2016

Əsrin Proqramlaşdırma Dilinin Rəsmi veb səhifəsində hamınızı xoş gördük. Bu dili yaratmaqda məqsədimiz proqramlaşdırmanın örgənilməsində yenibaşlayanlara daha rahat imkan təşkil etməkdir. Bildiyimiz kimi müasir proqramlaşdırma dillərinin bir çoxu sənaye tətbiqlidir, hansı ki yenibaşlayanlara bu dilləri örgənməyi çətinləşdirir.

Doğrudur proqramlaşdırma dilləri arasında asan qrammatikaya malik məşhur dillər də az deyil, o cümlədən, ruby, python, php v.s. dilləri bu qrupa aid etmək olar. Lakin istənilən halda açar sözlərin ingilis dilində olması məsələni biraz da çətinləşdirir.

Azərbacan dili əsaslı olan Əsrin proqramlaşdırma dili yeni başlayan proqramçıları ingilis dilinin və sənaye tətəbiqli dillərin yaratdığı bütün bu çətinliklərdən azad etmək məqsədilə tərtib olunub. Əsrin dili proqramlaşdırmanı yeni başlayanlara ən asan və tez yolla ilkin vərdişlər mənimsəməyə yardımçı olar. Bu dil sizə proqramlaşdırmada istifadə olunan dəyişənlər, tiplər, sətirlər, operatorlar, cərgələr, siniflər, funksiyalar v.s. kimi anlayışlarla tanış olmağa, onlar vastəsilə müxtəlif alqoritmlərin proqram kodlarını realizə etməyə imkan verir.

C dilləri ailəsinə yaxın sintaksisə malik olduğuna görə sonrada siz istənilən C ailəsi dilinə, o cümlədən C, C++, C#, Java, PHP v.s. dillərə asanlıqla keçə bilərsiniz. Bu halda sizə artıq sıfırdan yuxarıda sadaladığımız anlayışlarla tanış olmağa gərək qalmayacaq, sadəcə artıq bildiyiniz bu anlayışların keçməy istədiyiniz dildəki istifadəsini örgənmək qalacaq.

Aşağıda Əsrin, C++, Java və Php dillərində müxtəlif proqram kodları təqdim olunur. Bu həm Əsrin dilində olan proqram kodları ilə tanış olmağa, həm də Əsrin dili ilə digər dilləri müqaisə etməyə, sintaksislərinin nə qədər yaxın olduğunu qiymətləndirməyə kömək edər. Başlayaq proqramlaşdırmada ən məşhur proqram olan Salam dunya proqramından.

Salam dunya proqramı

Salam dunya proqramının kodu müxtəlif dillərdə aşağıdakı kimi olar:

Əsrin
xaricet("Salam dunya");

Php
<?php
echo "Salam dunya";
?>

Python
print "Salam dunya"

C++
#include <iostream>

int main()
{
  std::cout << "Salam dunya";
}

Java
public class HelloWorld {

    public static void main(String[] args) {

        System.out.println("Salam dunya");
    }

}

Bu proqramların hər brini icra etsək aşağıdakı nəticəni alarıq:
Salam dunya

Verilmiş ədədlərin artan sıra ilə düzülməsi

İstifadəçinin daxil etdiyi ədədləri artan sırada düzən proqram kodu nümunələrini nəzərdən keçirək:

Əsrin
tam i,a[10],temp,j;
 
    xaricet("Her-hansi 10 eded daxil edin: \y");
   
    say(i 1 10)
        daxilet(a[i]);
 
    xaricet("Duzumden once: \y");
    
    say(j 1 10)
        xaricet(a[j], " ");
   
    say(i 1 10)
    {
        say(j 1 9)
        {
           eger (a[j]>a[j+1])
           {
                temp=a[j];
                a[j]=a[j+1];
                a[j+1]=temp;
           } 
        }
    }
   
    xaricet("\yDuzumden sonra: \y");
   
    say(j 1 10)
        xaricet(a[j], " ");
		

C++
#include<iostream.h>

 void main()
 {
    int i,a[10],temp,j;
 
    cout<<"Her-hansi 10 eded daxil edin: \n";
 
    for(i=0;i<=10;i++)
    {
        cin>>a[i];
    }
   
    cout<<"\nDuzumden once: ";
    
    for(j=0;j<10;j++)
    {
        cout<<a[j];
    }
   
    for(i=0;i<=10;i++)
    {
        for(j=0;j<=10-i;j++)
        {
            if(a[j]>a[j+1])
            {
                temp=a[j];
                a[j]=a[j+1];
                a[j+1]=temp;
            } 
        }
    }
   
    cout<<"\nDuzumden sonra: ";
   
    for(j=0;j<10;j++)
    {
        cout<<a[j];
    }
 
 }

Java
import java.util.Scanner;
public class Ascending _Order 
{
    public static void main(String[] args) 
    {
        int n, temp;
        Scanner s = new Scanner(System.in);
        n = 10;
        int a[] = new int[n];
        System.out.println("Her-hansi 10 eded daxil edin: ");
        for (int i = 0; i < n; i++) 
        {
            a[i] = s.nextInt();
        }
        for (int i = 0; i < n; i++) 
        {
            for (int j = i + 1; j < n; j++) 
            {
                if (a[i] > a[j]) 
                {
                    temp = a[i];
                    a[i] = a[j];
                    a[j] = temp;
                }
            }
        }
        System.out.print("Duzumden sonra:");
        for (int i = 0; i < n - 1; i++) 
        {
            System.out.print(a[i] + ",");
        }
        System.out.print(a[n - 1]);
    }
}
Bu proqramıların icrası aşağıdakı nəticəni verər:
Her-hansi 10 eded daxil edin:
1 2 4 3 6 5 8 7 0 9
Duzumden once:
1 2 4 3 6 5 8 7 0 9 
Duzumden sonra:
0 1 2 3 4 5 6 7 8 9

Kvadrat tənliyin həlli

Kvadrat tənliyin köklərini hesablayan proqrama kodunu bu dillərdə nəzərdən keçirək.

Əsrin
kesr a, b, c, x1, x2, determinant;

    xaricet(" a, b ve c emsallarini daxil edin: ");
    daxilet(a, b, c);
    determinant = b*b - 4*a*c;
    
    eger (determinant > 0) {
        x1 = (-1*b + kvk(determinant)) / (2*a);
        x2 = (-1*b - kvk(determinant)) / (2*a);
        xaricet("Kokler ferqlidir. \y");
        xaricet("x1 = ", x1, "\y");
        xaricet("x2 = ", x2, "\y");
    }
    
    yoxsa 
        eger(determinant == 0) {
           xaricet("Kokler eynidir. \y");
           x1 = (-1*b + kvk(determinant)) / (2*a);
           xaricet("x1 = ", x1, "\y");
        }
	
	yoxsa 
           xaricet("Kvadrat tenliyin heqiqi koku yoxdur. \y");
		   

C++
#include <iostream>
#include <cmath>
using namespace std;

int main() {

    float a, b, c, x1, x2, determinant;
    cout << " a, b ve c emsallarini daxil edin: ";
    cin >> a >> b >> c;
    determinant = b*b - 4*a*c;
    
    if (determinant > 0) {
        x1 = (-b + sqrt(determinant)) / (2*a);
        x2 = (-b - sqrt(determinant)) / (2*a);
        cout << "Kokler ferqlidir. " << endl;
        cout << "x1 = " << x1 << endl;
        cout << "x2 = " << x2 << endl;
    }
    
    else if (determinant == 0) {
        cout << "Kokler eynidir." << endl;
        x1 = (-b + sqrt(determinant)) / (2*a);
        cout << "x1 = x2 =" << x1 << endl;
    }

    return 0;
}

Java
import java.util.Scanner;
public class Quadratic_Equation
{
    public static void main(String[] args) 
      {
        int a, b, c;
        double root1, root2, d;
        Scanner s = new Scanner(System.in);
        System.out.print("a -ni daxil edin:");
        a = s.nextInt();
        System.out.print("b -ni daxil edin:");
        b = s.nextInt();
        System.out.print("c -ni daxil edin:");
        c = s.nextInt();
        d = b * b - 4 * a * c;
        if(d > 0)
        {
            System.out.println("Kokler ferqlidir");
            root1 = ( - b + Math.sqrt(d))/(2*a);
            root2 = (-b - Math.sqrt(d))/(2*a);
            System.out.println("x1 = :"+root1);
            System.out.println("x2 = :"+root2);
        }
        else if(d == 0)
        {
            System.out.println("Kvadrat kokler eynidir");
            root1 = (-b+Math.sqrt(d))/(2*a);
            System.out.println("x1 = :"+root1);
        }
        else
        {
            System.out.println("Kvadrat tenliyin heqiqi kokleri yoxdur");
        }
    }
}
Nəticə:
a, b ve c emsallarini daxil edin: 
1 -1 -6
Kokler ferqlidir.
x1 = 3
x2 = -2